Rusiya əvvəlcə Odessanı ələ keçirməyi, daha sonra isə Moldova və Rumıniya sərhədinədək irəliləməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində çıxışı zamanı bəyan edib.
“Biz bu gün burada, gözəl şəhərimiz Odessadayıq. Bu gözəl şəhər Rusiya üçün hədəfdir… Rusiya hərbi planlarında bu region – Odessa və ardınca Moldova ilə Rumıniya sərhədinədək irəliləmə nəzərdə tutulur”, – deyə Zelenski vurğulayıb.