Polşa Seymi (parlamentin aşağı palatası) Donald Tuskun rəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxıb.
Oxu.Az bu barədə RBK-ya istinadən məlumat verir.
Prosedura Baş nazir Tuskun özü təşəbbüs göstərib. Buna səbəb müxalifətdəki mühafizəkar "Hüquq və Ədalət" ("PiS") partiyasının dəstəklədiyi namizəd Karol Navrotskinin prezident seçkisinin ikinci turunda qələbə qazanması olub.
Səsvermənin nəticəsinə əsasən, hökumət istefadan yayına bilib. Etimad üçün Seymdə sadə çoxluq səsi tələb olunurdu.
240 deputat Tuskun hökumətinə etimad göstərib, 210 nəfər isə əleyhinə səs verib. Heç bir deputat bitərəf qalmayıb.