AZ

ABŞ-da dövlət borcu üzrə defolt 2025-ci ilin yayında baş verə bilər

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ölkənin dövlət borcu üzrə defolt 2025-ci ilin yayının sonuna yaxın baş verə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yayın ortalarında və ya sonunda”, – deyə Bessent, ABŞ-ın $36,9 trilyonu aşan borc öhdəliklərini ödəmək üçün vəsait çatışmazlığı səbəbilə mümkün defoltu şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, bu, yalnız o halda baş verə bilər ki, ABŞ Konqresi dövlət borcunun yuxarı həddinin artırılmasına razılıq verməsin. 

Seçilən
52
nocomment.az

1Mənbələr