AZ

Böyük Britaniya və Aİ razılığa gəliblər

Bakı. Trend:

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Cəbəllütariqin“Brexit”dən sonrakı statusuna dair razılaşma əldə ediblər.

Trend-inməlumatına görə, danışıqlar 2020-ci ildən – Britaniyanın Aİ-dənayrılmasından sonra davam edirdi. Yeni razılaşmaya əsasən,Cəbəllütariq ilə İspaniya arasında sərhəddə nə insanlar, nə dəmallar üçün sərhəd yoxlamaları aparılmayacaq. Bu qərar hər günbölgədən keçən təxminən 15 min nəfərin hərəkətiniasanlaşdıracaq.

Bundan əlavə, Cəbəllütariq hava limanına gələn sərnişinlər üçünpasport nəzarəti həm Cəbəllütariq, həm də İspaniya rəsmiləritərəfindən birgə həyata keçiriləcək.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi burazılaşmanı “praktiki həll” adlandıraraq, onun həm Britaniyanınsuverenliyini, həm də Cəbəllütariqin iqtisadi maraqlarınıqoruduğunu bildirib. Cəbəllütariqin Baş naziri Fabian Pikardo darazılaşmanı müsbət qarşılayıb.

Britaniya hökumətinin açıqlamasına görə, bütün tərəflərCəbəllütariqlə bağlı yekun Aİ–Böyük Britaniya müqaviləsinin mətniüzərində işi tezliklə başa çatdırmağa sadiqdirlər.

Seçilən
35
az.trend.az

1Mənbələr