AZ

Şimali İrlandiyada baş verən iğtişaşlarda 6 nəfər saxlanılıb

Bakı. Trend:

Şimali İrlandiyada ikinci gecə davam edən iğtişaşlar nəticəsində17 polis əməkdaşı xəsarət alıb, 6 nəfər saxlanılıb.

Trend-in “SkyNews”a istinadla verdiyi məlumata görə, bu barədə Şimali İrlandiyaPolis Xidməti (PSNI) məlumat yayıb.

Məlumata əsasən, Ballimena şəhərində hüquq-mühafizə orqanlarınınəməkdaşları fişəng, Molotov kokteylləri və daşlarla hücuma məruzqalıblar.

Qeyri-sabitlik təkcə Ballimena ilə məhdudlaşmayıb. Belfast,Nyutaunabbi və Karrikferqus şəhərlərində də iğtişaşlar baş verib.Habelə Lisbern və Kolreyn bölgələrində etiraz aksiyalarıkeçirilib.

İğtişaşların əsas səbəbi kimi həftəsonu Ballimenada baş verdiyiiddia olunan cinsi zorakılıq hadisəsinə qarşı yaranmış narazılıqlargöstərilir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer məsələ ilə bağlıparlamentdə çıxış edərək baş verən zorakılığı qətiyyətləqınayıb.

Seçilən
58
az.trend.az

1Mənbələr