Sumqayıt şəhərində yeniyetmələr arasında baş verən münaqişə zamanı bir nəfər bıçaqlanıb.
Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, şəhər sakini, 2008-ci il təvəllüdlü M.M aralarında yaranmış mübahisə zəminində 2007-ci il təvəllüdlü N.A-a bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) saat 14:10 radələrində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Əldə etdiyimiz məlumata görə,Sumqayıt şəhərində bir nəfərə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.