AZ

Papa Leo və Quterreş görüşüb

Vatikanın mətbuat xidmətinin verdiyi məlumata görə, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa XIV Leo Vatikanda BMT-nin baş katibi ilə görüşüb.

Quterreşin Vatikanın dövlət katibi kardinal Pietro Parolin və Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi monsenyor Pol Riçard Qallagerlə də görüşdüyü bildirilir. Vatikan BMT Baş katibi Quterreşin təmasları ilə bağlı verdiyi açıqlamada, “Vatikan görüşlər zamanı BMT-nin dünya sülhü istiqamətində səylərinə dəstəyini ifadə edib",-deyə qeyd edilib.

"Müzakirələr zamanı BMT tərəfindən həyata keçirilən müxtəlif proseslər və qarşıdan gələn sammitlər, eləcə də dünyada mövcud böhranların həllində BMT-nin üzləşdiyi çağırışlar müzakirə edilib. Həmçinin münaqişə və qeyri-sabitliyin konkret vəziyyətlərinə xüsusi diqqət yetirilib".

Seçilən
34
aznews.az

1Mənbələr