AZ

Sane “Qalatasaray” üçün gələcək

“Bavariya” ilə müqaviləsi başa çatan Leroy Sane “Qalatasaray”la anlaşıb.

Futbolpress.az xəbər verir ki, alman vinger bu gecə İstanbula gələcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Sane tibbi müayinədən keçdikdən sonra 3 illik müqaviləyə imza atacaq.

Leroy başa çatan mövsümdə “Bavariya” ilə Bundesliqada 30 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi iyunun sonuna kimidir.

Seçilən
44
1
futbolpress.az

2Mənbələr