"Qarabağ" klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Yassin Benzia ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Əlcəzairli futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
Yassin Benzia 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinirdi. O, Qurban Qurbanovun rəhbərliyi altında 108 oyuna çıxıb, 28 qol və 25 assistə imza atıb.
Qeyd edək ki, klub futbolçusu Patrik Andrade ilə də vidalaşdığını açıqlayıb.