AZ

Alonso bu futbolçuya qapını göstərdi

“Real Madrid” klubu gənc futbolçusu Alvaro Rodrigesi klubdan göndərməyə qərar verib. Metbuat.az xəbər verir ki, yeni məşqçi Xabi Alonso futbolçunun xidmətində maraqlı olmadığını rəhbərliyə ifadə edib. Məlumata görə, məşqçi oyunçunu klublararası dünya çempionatı üçün quracağı heyətə daxil etməyib.

Qeyd edək ki, Alvaro Rodriges 2022/2023 mövsümündə “Real”ın əsas heyətində oynamışdı. Ötən mövsüm isə futbolçu icarə əsasında "Xetafe"də çıxış edib və 26 matçda forma geyinib.

Seçilən
43
metbuat.az

1Mənbələr