Bakı. Trend:
Polşa Seymi (parlamentin aşağı palatası) Baş nazir Donald Tuskunrəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxıb.
Trend-in RBK-yaistinadən verdiyi məlumata görə, bu prosedur təşəbbüsü birbaşaTuskun özü irəli sürüb.
Buna səbəb müxalifətdə olan mühafizəkar "Hüquq və Ədalət"("PiS") partiyasının dəstəklədiyi namizəd Karol Navrotskininprezident seçkisinin ikinci turunda qələbə qazanması olub.
Səsvermənin nəticələrinə əsasən, Tusk hökuməti istefadan yayınabilib. Etimadın təsdiqlənməsi üçün sadə səs çoxluğu kifayətedirdi.
Sonda 240 deputat hökumətin lehinə, 210-u isə əleyhinə səsverib. Heç bir deputat bitərəf qalmayıb.