“Çelsi” müdafiəçi Aksel Disasinin gələcək taleyi ilə bağlı qərar verib.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu yay transfer dönəmində satışa çıxarılacaq və bu səbəbdən klublararası dünya çempionatında iştirak etməyəcək.
Fransalı futbolçu son altı ayı icarə əsasında “Aston Villa”da keçirib. Müdafiəçi ilə “Çelsi” arasında olan müqavilə uzunmüddətlidir və daha dörd il qüvvədədir. Aksel Disasi Londona 2023-cü ilin yayında “Monako” klubundan 45 milyon avroya transfer olunmuşdu.
Hazırda Transfermarkt portalı fransalı müdafiəçini 22 milyon avro dəyərində qiymətləndirir. Bu göstərici onun karyerasında qeydə alınan ən yüksək bazar dəyərindən iki dəfə aşağıdır.