AZ

Benzya, Andrade və Beşoviç “Qarabağ”ı tərk etdilər

Azərbaycan çempionu “Qarabağ” Əlcəzair yığmasının da üzvü olan hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə müddəti başa çatmış müqavilə yenilənməyib. Ağdam klubu Benzyaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinirdi. Hücumameyilli yarımmüdafiəçi Ağdam klubunun heyətində bütövlükdə 104 oyuna çıxıb, 28 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub. O, “Qarabağ”la 3 dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb.

Yassin Benzya karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında 15 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Patrik Andrade də getdi

“Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade ilə də vidalaşıb. Kabo-Verde yığmasının üzvü ilə müddəti bu yay başa çatmış futbolçu ilə yeni sözləşməyə ehtiyac duyulmayıb.

Patrik Andrade 2023-cü ilin iyul ayından “Qarabağ”ın formasını geyinirdi. O, 2020-ci ilin avqustundan 2022-ci ilin yayına qədər də Ağdam klubunda çıxış edib. Patrik “Qarabağ”da bütövlükdə 149 oyuna çıxıb, 16 qol vurub, 16 məhsuldar ötürmə verib.

Patrik bir müddət “Qarabağ”dan ayrılaraq Serbiyanın “Partizan” klubuna üz tutsa da, yenidən Ağdam təmsilçisinə qayıtmağa qərar vermişdi. Yarımmüdafiəçi “Çerno More”, “Sportinq” (Praya), “Desportivo da Praya”, “Benfika da Praya”, “Ribeyrao”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros” kimi komandalarda da forma geyinib.

Andrade 2020-ci ilin oktyabr ayında debüt etdiyi Kabo Verde yığmasının heyətində 29 oyuna çıxıb, fərqlənə bilməyib.

Marko Veşoviç də Ağdam klubunu tərk etdi

Seçilən
41
arena.az

1Mənbələr