Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Pireney yarımadasının ən cənub ucunda yerləşən Britaniyanın xarici ərazisi olan Cəbəllütariqdə hava limanı, sərhəd və gömrük məsələləri ilə bağlı razılığa gəliblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata görə, Böyük Britaniyanın Aİ-dən (Brexit) çıxmasından 5 il sonra Cəbəllütariqlə bağlı razılıq əldə olunub.