Bakı. Trend:
Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayışevlərinin təmirinə başlanılır.
Trend-inməlumatına görə, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə vəXocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiqişlərə yekun vurulub.
Dövlət xidməti Xanyurdu kəndində fərdi yaşayış evlərinin caritəmiri işlərini “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC)həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 5 731 611 manat ödənilib.
Qurum bir müddət əvvəl rayonun təzəbinə kəndində də 152 evintəmirinə 8,8 milyon manat ayrıb.
Qeyd edək ki, Xanyurdu kəndində qeyd olunan təmir işləriniaparacaq “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyəti
2016-cı ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisiSoltanov Elçin Xanoğlan oğludur.