AZ

Aleksandar Vuçiç Zelenski ilə Odessada görüş keçirib

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç Odessada keçirilən Ukrayna –Cənub-Şərqi Avropa sammiti çərçivəsində Ukrayna PrezidentiVolodimir Zelenski ilə görüşüb.

Trend xəbər verirki, bu barədə Serbiya lideri sosial şəbəkə hesabında məlumatyayıb.

“Uzunmüddətli və davamlı sülhün əldə olunmasının vacibliyi,beynəlxalq hüquqa hörmət və münaqişələrin həllində diplomatiyanınrolunu müzakirə etdik”, – deyə Vuçiç Zelenski ilə birgə fotosunupaylaşaraq qeyd edib.

O əlavə edib ki, söhbət əhəmiyyətli və açıq xarakter daşıyıb,Avropa və dünyanın üzləşdiyi əsas geosiyasi çağırışları əhatəedib.

Həmsöhbətlər beynəlxalq hüquqa riayət olunmasının vacibliyini,diplomatik səylərin artırılmasını və müxtəlif sahələrdə mümkünqədər sıx əməkdaşlığın önəmini vurğulayıblar.

Sammit çərçivəsində çıxışı zamanı Vuçiç bildirib ki, bütün digəraçıq məsələlərin həlli üçün əsas ilkin şərt dialoqunintensivləşdirilməsi və mümkün qədər tez sülhə nail olunmasıdır. O,bunun getdikcə daha təcili zərurətə çevrildiyini vurğulayıb.

Seçilən
74
3
az.trend.az

4Mənbələr