Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun sabiq yeganə qadın cərrahı Asiman Məmmədova 13 il çalışdığı işindən qanunsuz çıxarıldığını idda edir.
O, üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"ə müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, Asiman Məmmədova deyir ki, onu xəstədən pul tələb etmək iddiası ilə qanunsuz olaraq işdən azad ediblər.
Öz hüquqlarını bərpa etməyə çalışan cərrah xanım bununla bağlı məhkəməyə də müraciət etdiyini bildirir. Dediyinə görə, məhkəmə onun xeyirinə, yəni işinə bərpası ilə bağlı qərar qəbul etsə də, hələ də işinə qaytarılmayıb.
İddialarla bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, məhkəmə Asiman Məmmədovanın xeyrinə qərar versə də, apellyasiya şikayəti verilib. Hazırda iş məhkəmə icraatındadır. İnstitutdan o da qeyd olunub ki, Asiman Məmmədova ilə bağlı xəstələrdən daha öncə korrupsiya ilə əlaqədar hüquqpozmalara görə şikayətlər olub. “Şikayətlərdən biri ilə bağlı həkimə 719 saylı əmrlə yazılı xəbərdarlıq verilib. Sonuncu dəfə "tin nyus" səhifəsinin sahibi öz səhifəsində Asiman Məmmədovanın əməliyyat qarşılığında ondan pul tələb etdiyini qeyd edərək bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edib. Nəticədə Asiman Məmmədova hüquq mühafizə orqanlarında şikayətin araşdırılmasından özünü qorumaq məqsədilə heç bir təzyiq olunmadan 22 yanvar 2025-ci il tarixdə öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını istəyib",-deyə institutdan bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.