AZ

Kyeza “Liverpul”u İspaniya klubuna dəyişir

“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın "El Correo de Andalucía" nəşrinə istinadən yaydığı məlumata görə, 26 yaşlı futbolçu artıq bu yay “Liverpul”u tərk etmək niyyətindədir və potensial yeni ünvan kimi məhz “Betis” klubunu nəzərdən keçirir.

Hazırda “Betis”dən rəsmi təklif üçün hazırlaşdığı və futbolçunun da özünü İspaniya klubunda çıxışına müsbət yanaşdığı bildirilir.

Transferin icarə əsasında, sonradan satınalma hüququ ilə baş tutması istisna edilmir. Belə bir modelin hər iki klub üçün danışıqları asanlaşdıracağı qeyd olunur.

Qeyd edək ki, Federiko Kyeza 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında 14 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Seçilən
51
90deqiqe.az

1Mənbələr