AZ

Rusiya və Özbəkistan liderləri əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər



Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Mirziyoyev Rusiya dövlətinin başçısını və çoxmillətli xalqı qarşıdan gələn dövlət bayramı - Rusiya Günü münasibətilə səmimi qəlbdən təbrik edib.

Danışıqlar zamanı Özbəkistan və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, ən yüksək səviyyəli görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi çərçivəsində çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Qarşılıqlı ticarətin tempinin saxlanılması və sənaye kooperasiya layihələrinin dəstəklənməsi üçün əlaqələndirilmiş tədbirlərin görülməsinə xüsusi diqqət yetirilib.

İki ölkənin regionları səviyyəsində fəal mübadilələrin və praktiki əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Süleyman
Seçilən
44
newscenter.az

1Mənbələr