Astarada bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə. ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.
Axtarışı aparılan azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən azyaşlı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəlil Əliyev