AZ

İsmayıl İbrahimli də “Qarabağ”dan getdi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” daha bir futbolçusu – mərkəz yarımmüdafiəçisi İsmayıl İbrahimli ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Son iki mövsümü “Zirə”də keçirmiş İsmayılın “Qarabağ”la müqaviləsinin müddəti başa çatıb. Ağdam klubu onunla yeni müqavilə bağlamaq istəmədiyi üçün tərəflər vidalaşmalı olublar. Klub 27 yaşlı oyunçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Daha öncə AZAL, MOİK kimi klublarda oynamış İsmayıl İbrahimli “Qarabağ”a 2018-ci ilin iyulunda cəld edilmişdi. Yarımmüdafiəçi Ağdam klubunun heyətində 108 oyuna çıxıb, 7 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. O, son iki mövsümdə icarədə olduğu “Zirə”də də 75 oyuna 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycanın U-19, U-21 yığmalarında da oynamış İsmayıl 2020-ci ilin oktyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında 11 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xatırladaq ki, daha öncə “Zirə”nin “Qarabağ”dan icarəyə götürdüyü Rüstəm Əhmədzadənin də qəsəbə təmsilçisini tərk etdiyi açıqlanmışdı. Amma onun Ağdam klubunda qalıb-qalmayacağı hələ bilinmir.

“Qarabağ” bu gün Yassin Benzya, Patrik Andrade və Marko Veşoviçlə də yollarını ayırmışdı.

Seçilən
31
arena.az

1Mənbələr