AZ

Azərbaycanlı futbolçu Afrika KLUBUNDA

“Kəpəz”lə müqaviləsi başa çatan Turan Manafov Cənubi Afrika Respublikasının (CAR) “Stellenbos” klubuna keçir.

Bizim.Media xəbər verir ki, 26 yaşlı müdafiəçinin Afrika təmsilçisi ilə müqavilə müddəti 3+2 illikdir.
 

Tərəflər arasında yekun razılıq əldə olunub, tezliklə rəsmi müqavilə imzalanacaq. “Stellenbos” ötən mövsüm CAR Premyer Liqasında 2-ci yeri tutub. Manafova Rumınıyadan da təklif gəlib, lakin şərtləri o qədər də ürəkkaçan olmayıb.


Qeyd edək ki, “Neftçi”nin yetirməsi 2024/2025 mövsümünü “Kəpəz”də keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
64
bizim.media

1Mənbələr