BAKI, 11 iyun. TELEQRAF
ABŞ Dövlət Departamenti Bağdaddakı ABŞ səfirliyində çalışan "qeyri-vacib əməkdaşlar"ını geri çəkməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Rəsmilər bəyan ediblər ki, ABŞ Dövlət Departamenti “regionda iğtişaşlar ehtimalı” səbəbindən Bağdaddakı səfirlikdən qeyri-vacib əməkdaşlarını geri çəkməyə hazırlaşır.
Rəsmilər həmçinin Dövlət Departamentinin Bəhreyn və Küveytdəki qeyri-vacib personalın və onların ailə üzvlərininölkəni tərk etməsinə icazə verəcəyini və ABŞ Müdafiə Nazirliyinin Bağdaddan “mümkün təxliyə” üçün dəstək verməyə hazır olduğunu bildiriblər.