AZ

Keçmiş hava limanı əməkdaşı ən pis səyahət vaxtını açıqladı - Bu, yay deyil

Təyyarə ilə səyahət üçün ən çətin dövr kimi adətən yay mövsümü göstərilsə də, keçmiş hava limanı əməkdaşı Eşli Bautista əslində ən xaotik və narahatedici dövrün məhz Milad bayramı ərəfəsi olduğunu bildirir.

HİT.az cəbər verir ki, yay aylarında hava limanları əksər hallarda yüksək sərnişin axını ilə üzləşsə də, aviaşirkətlər bu mövsümdə uçuş sayını artıraraq tələbi qarşılamağa çalışırlar. Bununla belə, Milad dövründə vəziyyət fərqlidir.

"Daily Mirror" qəzetində jurnalist kimi çalışan və əvvəllər hava limanında qeydiyyat agenti olan Eşli Bautista qeyd edir: "İnanın ya da inanmayın, ən xaotik dövr Milad tətilidir. Bu zaman, digər pik dövrlərlə müqayisədə daha az sayda reys olur".

Onun sözlərinə görə, çox qısa müddət ərzində çox sayda insan başqa şəhər və ölkələrdəki yaxınlarını ziyarət etmək üçün hava limanlarına üz tutur. Lakin bu zaman təklif olunan reyslərin sayı az olduğu üçün ciddi tıxac və ləngimələr yaranır. Aviaşirkətlər yayda geniş uçuş proqramı təqdim etdiyi halda, qışda reyslərin sayı azalır.

Eşli vurğulayıb ki, hava limanı əməkdaşları üçün də Milad dövrü ən gərgin vaxtdır. O, qeydiyyat agenti işlədiyi dövrdə reyslərin artıq bron edildiyini, bəzi sərnişinlərin isə ləğv olunmuş reyslər səbəbilə başqa şirkətlərin uçuşlarına yönləndirildiyini bildirib. Lakin bu onların mütləq yer alacağı demək deyildi.

O hətta bəzi sərnişinlərin günlərlə hava limanında gözləməli olduğunu xatırladıb. Ən pis hallarda isə aviaşirkət, könüllü olaraq reysdən imtina edənlərə maddi kompensasiya təklif edirdi.

Eşli bildirib ki, “yay ayları – ən yüklü səyahət mövsümüdür” fikri bu faktlar fonunda azı indiki mərhələdə mif sayılmalıdır. Əgər siz bu yay və ya qarşıdakı aylarda səyahət etməyi planlaşdırırsınızsa, bunu nəzərə almağınız məsləhətdir.

Samir

Seçilən
23
hit.az

1Mənbələr