BAKI, 11 iyun. TELEQRAF
Qəzza sektoru hazırda yaşayış üçün yararsız yerdir və davam edən münaqişəyə son qoyaraq bərpa edilməlidir.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib.
“ABŞ Prezidenti Donald Trampı hesab edir ki, hazırda Qəzzada vəziyyət son dərəcə acınacaqlıdır. Prezident regiondakı vəziyyəti real qiymətləndirir. Aydındır ki, Qəzza yaşayış üçün yararsız yerdir. Onu tərəfdaşlarımızın köməyi ilə bərpa etmək lazımdır və prezident də bunu istəyir", - Ağ Ev rəsmisi deyib.
Mətbuat katibi həmçinin vurğulayıb ki, Vaşinqton administrasiyasının əsas prioriteti hazırda bütün girovların azad edilməsi və bu münaqişəyə tezliklə son qoyulmasıdır.