AZ

"Qalatasaray" ulduz futbolçunu transfer etdi -

"Qalatasaray"ın keçmiş ulduzu Lukas Podolski Leroy Sane ilə bağlı maraqlı paylaşım edib. Metbuat.az xəbər verir ki, o, sosial mediadakı paylaşımında Leroy Saneni etiketləyərək "Cimbom" yazıb. Məlumata görə, bu, Sanenin "Qalatasaray"a transfer olacağı ilə bağlı olduğu irəli sürülüb.

Qeyd edək ki, "Qalatasaray"ın “Bavariya” ilə müqaviləsi yekunlaşmaq üzrə olan Leroy Sane ilə razılığa gəldiyi iddia edilir. İddialara görə, tərəflər 3 illik müqavilə barədə razılıq əldə edib. Bundan əvvəl "Bavariya"nın futbolçuya 10 milyon avro məvacib və 5 milyon avroya qədər bonus təklif etdiyi irəli sürülmüşdü. Leroy Sane isə klubdan illik 12 milyon avro məvacib və 3 milyon avro bonus tələb edib. Tərəflər razılığa gələ bilməyib.

Seçilən
27
metbuat.az

1Mənbələr