Azərbaycan millisinin futbolçusu İsmayıl İbrahimli “Qarabağ”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsi uzadılmayıb.
İsmayıl ötən mövsümü “Zirə”də icarədə keçirib.