Rusiya xarici işlər naziri Sergey Lavrov iyun ayının sonunda Türkmənistana rəsmi səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Türkmənistandakı səfiri İvan Volınkin jurnalistlərə açıqlamasında deyib.
“Hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun rəsmi səfəri ilə bağlı hazırlıqlar davam edir”, - deyə o bildirib.
Səfir davamlı Rusiya-Türkmənistan dialoqunun iki ölkə arasında münasibətlərin bütün aspektləri üzrə mühüm rol oynadığını qeyd edib.