AZ

Serbiya Ukraynanın bərpasına dəstək verəcək

Serbiya Kiyevə dəstək məqsədilə Ukraynada bir və ya iki şəhəri və ya kiçik bir regionu bərpa edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç “Ukrayna – Cənub-Şərqi Avropa” sammitində (Odessa) çıxışı zamanı bildirib.

“Mən istəyərdim, cənab prezident Zelenski, sizin dəstəyinizi alım ki, biz bərpa edə biləcəyimiz bir və ya iki şəhəri, yaxud kiçik bir regionu müəyyənləşdirək,” – deyə Vuçiç təklif edib.

Serbiya prezidenti əlavə edib ki, bu cür təşəbbüslər, humanitar yardım və digər məsələlər, o cümlədən ərazi bütövlüyünə siyasi dəstək baxımından olduqca vacibdir.

Seçilən
75
operativmedia.az

1Mənbələr