BAKI, 12 iyun. TELEQRAF
Los-Ancelesə göndərilmiş ABŞ hərbçiləri polis tərəfindən həbs edilənə qədər insanları saxlamaq hüququna malikdir.
Teleqraf xəbər verir ki, bu barədə şəhərə yeridilən qoşunların komandiri bildirib.
Artıq altıncı gündür etiraz aksiyalarının davam etdiyi şəhərə tezliklə daha yüzlərlə dəniz piyadasının göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, miqrantlar əleyhinə reydlərə qarşı keçirilən etirazlar Kaliforniya ştatından ABŞ-nin digər şəhərlərinə yayılıb. Şənbə günü yüz minlərlə şəxsin iştirak edəcəyi ümummilli nümayişin keçirilməsi planlaşdırılır.