AZ

Cənubi Koreya Şimali ilə sərhəddəki təbliğat yayımlarını dayandırdı

Bakı. Trend:

Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə yerləşdirilmişsəsgücləndiricilər vasitəsilə aparılan təbliğat yayımlarınıdayandırıb.

Trend-inməlumatına görə, bu barədə BBC xəbər yayıb. Bildirilib ki, qərarınməqsədi Koreya yarımadasında gərginliyi azaltmaq, qarşılıqlıetimadı bərpa etmək və sülhə nail olmaqdır.

Qeyd edək ki, Pxenyan bu tip yayımları “müharibə aktı” kimiqiymətləndirir və onları partlatmaqla hədələyib.Səsgücləndiricilərlə təbliğat fəaliyyəti bir müddət dayandırılsada, ötən ilin iyun ayında Şimali Koreyanın içi zibillə dolu havaşarlarını sərhəd boyunca Cənubi Koreya ərazilərinə göndərməsifonunda Seul bu yayımları yenidən bərpa etmişdi.

Seçilən
5
az.trend.az

1Mənbələr