AZ

“Qarabağ” daha iki futbolçu ilə VİDALAŞDI - FOTO

"Qarabağ" Leandro Andrade və Marko Veşoviçlə vidalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
 

Açıqlamada hər iki futbolçuya təşəkkür olunub, gələcək karyerasında uğurlar arzulanıb. 2021-ci ildən "Qarabağ"da çıxış edən Leandro bu müddət ərzində 162 oyunda 44 qol vurub, 52 ötürmə verib.


2021/2022 mövsümündən Ağdam klubunda çıxış edən Marko 134 qarşılaşmada 5 qol vurub, 16 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, hər iki futbolçu ilə başa çatan müqavilənin müddəti artırılmayıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
63
bizim.media

1Mənbələr