Həyat öz axarı ilə davam edir və bəzi dəyərlərin bərqərar olması illər alır. Zaman simaları özünün aynasına çevirir.
Bu gün 19 yaşını qeyd edən “Türküstan” qəzeti də belə dəyərlərdən biridir.
Bu gün 19 yaşını qeyd edən “Türküstan” qəzetinin Baş redaktoru Aqil Camal da belə simalardan biridir.
Müstəqil Azərbaycan mətbuatında öz dəst-xətti, düşüncə müstəqilliyi və türk dünyasının Turan quruculuğuna olan sarsılmaz inamı ilə “Türküstan” qəzeti yalnız bir informasiya vasitəsi deyil, həm də milli və mədəni kimliyimizin daşıyıcısıdır.
Azərbaycan mərkəzli türkçülük də, Turançılıq da qəbulumuzdur.
Qəzetin Baş redaktoru Aqil Camalı məhz bu ideyanın təşviqatçısı kimi tanıyıram. O, sadəcə bir jurnalist deyil, vətənpərvər və intellectual ictimai xadimdir.
Aqil Camalın rəhbərliyi ilə “Türküstan” qəzeti nəinki Azərbaycanın, həm də bütöv türk dünyasının, xüsusilə Güney Azərbaycanın tarixi, mədəniyyəti və siyasi gələcəyi haqqında bir platforma kimi çıxış edir.
Uzun illik müşahidələrimə əsasən deyə bilərəm ki, Aqiln qələmi həmişə milli şüur, qlobal düşüncə və ədalət prinsipləri ilə vəhdət təşkil edib. 19 il ərzində bu qəzet, çox çətinliklərə rəğmən, həqiqətin və ədalətin carçısı olaraq fəaliyyət göstərib.