Bakı. Trend:
"France Football" jurnalı "Super Qızıl top" mükafatının növbətidəfə təqdim olunması ilə bağlı müzakirələr aparır.
Trend-inməlumatına görə, bu mükafat indiyədək yalnız bir dəfə – 1989-cuildə təqdim olunub. Həmin vaxt son 30 ilin ən yaxşı futbolçusunumüəyyənləşdirmək məqsədilə təsis edilən mükafata Alfredo Di Stefanolayiq görülmüşdü. O, səsvermədə Yohan Kroyf və Mişel Platini kimiəfsanələri geridə qoymuşdu.
Məlumata görə, təşkilatçılar bu ideyanı yenidən gündəməgətiriblər. "Super Qızıl top"un bu dəfə müasir dövrün ən güclüfutbolçusunu müəyyən etmək üçün 2029-cu ildə, yəni ilk təqdimatdan40 il sonra yenidən təqdim olunması ehtimalı müzakirə olunur.