Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobus zolaqları ilə bağlı yenilik edib.
Avtosfer.az xəbər verir ki, avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
İlk belə yer Yusif Səfərov küçəsində təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.