AZ

Cənubi Afrikada əlverişsiz hava 49 can aldı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cənubi Afrikada son iki gündə əlverişsiz hava şəraiti səbəbindən azı 49 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ən çox zərər çəkmiş Şərqi Keyp əyalətinin hökumət başçısı Lubabalo Oskar Mabuyane açıqlama verib.

O, ölümlərin əsas səbəblərinin güclü leysan, buz bağlamış yollarda baş verən sürüşmələr və qar uçqunları olduğunu bildirib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Həlak olanlar arasında körpüdən çaya düşən məktəb avtobusunda olan 4 şagird də var. Hazırda daha 4 tələbənin axtarışları davam etdirilir.

Qeyd edək ki, iyunun 9-dan etibarən ölkəyə soyuq hava kütləsi daxil olub. Bəzi ərazilərdə gecə temperaturu 0°C-dən aşağı düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
globalinfo.az

1Mənbələr