AZ

Bu peşə sahiblərinin xərçəng xəstəliyinə tutulma riski yüksəkdir

BAKI, 12 iyin. TELEQRAF

Böyük Britaniyada aparılan son araşdırmalar nəticəsində bəzi peşə sahiblərində sidik kisəsi xərçəngi riskinin yüksək olduğu aşkarlanıb.

Teleqraf xəbər verir ki, iş şəraitində kanserogen maddələrə məruz qalındığı riskli peşələrin adları açıqlanıb.

Siyahıda birinci yerdə tibb işçiləri gəlir. Sürücülər, təmizlikçilər, rəssamlar, saç ustaları və qida istehsalatçıları isə növbəti yerləri bölüşür. Bu şəxslərin peşə qruplarına nisbətən sidik kisəsi xərçənginə tutulma riski daha yüksəkdir.

Sidik kisəsi xərçənginin ən çox görülən simptomu sidikdə ağrısız qandır. Qan parlaq qırmızı, çəhrayı və ya nadir hallarda "kola rəngli" ola bilər. Digər simptomlara tez-tez sidiyə getmə, sidiyə getmə zamanı yanma və ya sancma, qasıq və ya bel ağrısı, sümük ağrısı, ayaqlarda şiş və istəmədən çəki itirmə daxildir. Bu əlamətlərdən hər hansı biri aşkar edilərsə, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, sidik kisəsi xərçəngi kişilərdə yeddinci, qadınlarda isə on yeddinci ən çox görülən xərçəng növüdür və bu, hər il 5600 nəfərin ölümünə səbəb olur.

Seçilən
69
1
teleqraf.com

2Mənbələr