AZ

Finlandiya Ukraynaya qoşun göndərmək niyyətində deyil – Aleksandr Stabb

Bakı. Trend

Finlandiya Prezidenti Aleksandr Stabb bildirib ki, ölkəsiRusiya-Ukrayna münaqişəsində atəşkəs razılaşması əldə olunsa belə,Ukraynaya hərbi kontingent göndərməyəcək.

Trend-inməlumatına görə, Stabb bu barədə Yaponiyanın NHK telekanalınamüsahibəsində danışıb.

“Hazırda qoşun göndərmək planı yoxdur”, – deyə dövlət başçısıvurğulayıb. O əlavə edib ki, Finlandiyanın əsas prioritetiŞimali-Şərqi Avropa regionunda təhlükəsizliyin qorunmasıdır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidentinin Ukrayna üzrə xüsusinümayəndəsi Kit Kelloq Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsininhəlli planı üzərində çalışdığını açıqlayıb. Plana əsasən, Dneprçayının qərb sahilində beynəlxalq mühafizə qüvvələri yerləşdiriləbilər. Onun sözlərinə görə, bu qüvvələrin tərkibinə BöyükBritaniya, Polşa, Fransa və Almaniya hərbçiləri daxil olabilər.

Seçilən
57
az.trend.az

1Mənbələr