Niko Uilyams karyerasını "Bavariya" davam etdirməyə hazırdır.

Offsideplus.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi ispaniyalı vinger üçün klubu "Atletik" ilə danışıqlara start verib. Onun müqaviləsində 60-65 milyon avroluq sərbəstqalma bəndi var.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Niko başa çatan mövsüm 45 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

"Bavariya" həmçinin Bredli Barkolya ilə də maraqlanır. Lakin PSJ onu satmağı düşünmür.