AZ

“Qalatasaray”ın futbolçusuna İspaniyadan təklif var

“Qalatasaray”ın futbolçusu Yunus Akgün karyerasını İspaniyanın “Betis” klubunda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, artıq futbolçu üçün İstanbul klubuna təklif göndərilib. Türkiyə təmsilçisi ancaq yüksək təzminat qarşılığında oyunçunu buraxacağını bildirib.

Türkiyə millisinin üzvü ötən mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
38
idmanxeber.az

1Mənbələr