Bakı. Trend:
Budapeştdə Gürcüstan və Macarıstanın baş nazirləri İrakliKobaxidze və Viktor Orbanın həmsədrliyi ilə Gürcüstan-MacarıstanHökumətlərarası Komissiyasının ikinci iclası keçirilib.
Trend xəbər verirki, iki ölkənin Nazirlər Kabineti üzvlərinin iştirak etdiyi görüşdəsektorlararası əməkdaşlığın genişləndirilməsi imkanları ətraflımüzakirə olunub. Tərəflər enerji və kommunikasiya, ətraf mühit vəkənd təsərrüfatı, müdafiə, hüquq-mühafizə, ədliyyə, səhiyyə, təhsilvə mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsininəhəmiyyətini vurğulayıblar.
Baş nazir İrakli Kobaxidze siyasi dialoqun yüksək səviyyəsiniqeyd etməklə yanaşı, ticari və iqtisadi münasibətlərin daha dagenişləndirilməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə,bu sahədə müsbət dinamika müşahidə olunsa da, mövcud potensial dahaböyükdür və əlavə imkanlar araşdırılmalıdır.
Sammit çərçivəsində Gürcüstan və Macarıstan arasında ətrafmühitin mühafizəsi, kənd təsərrüfatı, innovasiya və idmansahələrində əməkdaşlığa dair bir sıra sazişlər imzalanıb. Sənədləriiki ölkənin müvafiq nazirliklərinin nümayəndələri imzalayıb.Görüşün yekununda baş nazirlər birgə Bəyannaməyə imza atıblar.