BAKI, 12 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası dünya hökumətlərini BMT-nin İsrail-Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həlli mövzusunda gələn həftə təşkil edəcəyi konfransda iştirak etməkdən çəkindirməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Administrasiya hesab edir ki, konfransdan sonra hər hansı dövlətin İsrail əleyhinə atacağı addımlar ABŞ-nin xarici siyasət maraqlarına qarşı addımlar kimi qiymətləndiriləcək və bu, Vaşinqton ilə diplomatik münasibətlərin pozulasına ilə nəticələnə bilər.