AZ

Ulu Öndər Heydər Əliyev – Dövlət Müstəqilliyimizin Memarıdır » AzadMedia.az


Azərbaycan xalqı tarixinin ən şərəfli səhifələrindən birini – dövlət müstəqilliyinin bərpasını 1991-ci ildə yazdı. Lakin bu müstəqilliyin qorunması və möhkəmləndirilməsi çətin və zərgər dəqiqliyi tələb edən bir proses idi.

Bu çətin missiyanı isə yalnız xalqının sevgisini, inamını və dəstəyini qazanmış böyük şəxsiyyət – Ulu Öndər Heydər Əliyev uğurla həyata keçirə bildi.

1993-cü ildə ölkə parçalanma və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizi xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan tənəzzüldən sabitliyə, xaosdan inkişafa doğru addımladı.

Məhz Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin təməl prinsipləri formalaşdı, milli Konstitusiyamız qəbul olundu, hüquqi və siyasi institutlar yaradıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi müstəqilliyini təmin edən əsas addımlardan biri oldu. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı, regionda söz sahibi olan bir dövlətə çevrildi.

Bu gün müasir, güclü və qalib Azərbaycanın memarı məhz Heydər Əliyevdir. Onun “Müstəqillik bizim ən böyük sərvətimizdir” fikri sadəcə bir kəlam deyil, bütöv bir ideologiyanın, dövlətçilik fəlsəfəsinin ifadəsidir.

Ulu Öndərin siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu davamlılıq Azərbaycanın gələcəyinə olan inamı daha da möhkəmləndirir.

Heydər Əliyev – tarix yazan lider, dövlət quran şəxsiyyət və müstəqilliyimizin əbədi simvoludur.



Zəfər İbrahimov - partiya fəalı
Seçilən
35
1
azadmedia.az

2Mənbələr