AZ

Mask Trampa zəng edibmiş...

Amerikalı sahibkar İlon Maskın bütün dünyanın diqqətində olan mübahisədən sonra ABŞ Prezidenti Donald Tramp ilə təklikdə danışdığı üzə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Nəşr bildirir ki, Mask Trampın ünvanına hücumlardan təəssüfləndiyini sosial şəbəkə hesabında yazmadan əvvəl ona zəng edib.

Baş-başa danışıq bazar ertəsi gecə saatlarında baş tutub. Mask Trampla qarşıdurmaya görə təəssüfləndiyini isə çərşənbə günü açıqladı.

Seçilən
9
publika.az

1Mənbələr