Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalarpaketinin gələn həftə təsdiqlənməsi gözlənilir.
Trend xəbər verirki, bunu Almaniya kansleri Fridrix Merts Berlində Danimarkanın Başnaziri Mette Frederiksenlə keçirdiyi birgə mətbuat konfransındabəyan edib.
"Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işisürətləndirəcəyik. Minnətdaram ki, dünən Avropa Komissiyası 18-cisanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Hər şeyplana uyğun getsə, o, gələn həftə qəbul olunacaq", – deyə Mertsbildirib.
Kanslerin sözlərinə görə, Vaşinqtonda da həm Konqres, həm dəadministrasiya bu istiqamətdə mümkün tədbirlərə hazırlaşır. O,həmçinin vurğulayıb ki, Rusiya Atlantikanın hər iki tərəfindətəhlükə mənbəyinə çevrilir.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon derLyayen daha əvvəl bəyan etmişdi ki, yeni sanksiyalar paketi "Şimalaxını" qaz kəmərinin istifadəsinə qadağanı, bir sıra bank və tankerşirkətlərinin "qara siyahı"ya salınmasını, həmçinin Rusiya neftininalınmasına qadağa və qiymətin aşağı salınması cəhdlərini əhatəedəcək.
Təklif olunan sanksiyalar paketi əvvəlcə Aİ səfirləri və xariciişlər nazirləri səviyyəsində təsdiqlənməlidir. Avropa Komissiyasıisə bu prosesin iyunun sonunda keçiriləcək Aİ və NATOsammitlərinədək yekunlaşacağına ümid edir.