AZ

Saks: Kiyevin Rusiya aerodromlarına hücumu Qərb xüsusi xidmət orqanlarının əməliyyatı idi

BAKI, 12 iyun. TELEQRAF

Ukraynanın Rusiyadakı aerodromlara hücumu Qərb xüsusi xidmət orqanlarının əməliyyatı idi.

Teleqraf xəbər verir ki, bu barədə amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru professor Ceffri Saks amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.

"Bu, Qərb xüsusi xidmət orqanlarının əməliyyatıdır. Birincisi, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), şübhəsiz ki, bir çox şeylər barədə Ağ Evə məlumat vermir. Qismən ona görə ki, bu, inkaretmə ənənəsidir. CIA onilliklər boyu prezidenti məlumatlandırmadan çoxsaylı təhlükəli işlər görüb. Bu addım o məqsədlə atılıb ki, prezidentin bundan xəbərinin olmaması daha yaxşıdır, çünki prezidentin bunu inkar edə bilməsi bizə lazımdır. CIA özünü qoruyan, müstəqil fəaliyyət göstərən bir təşkilatdır. O, 50 ildir ki, məsuliyyət daşımadan fəaliyyət göstərir, buna görə də, fikrimcə, nəzarətdən çıxmış bir təşkilatdır", - Saks bildirib.

Seçilən
50
teleqraf.com

1Mənbələr