AZ

Kim Çen In Putini təbrik etdi

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putini və Rusiya xalqını “Rusiya Günü” münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə Şimali Koreya mediası məlumat yayıb. Kim Çen In bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası “qardaş Rusiya”nın uğurlarına ürəkdən sevinir və həmişə onunla birlikdə olacaq.

“Rusiya müxtəlif daxili və xarici çağırışları dəf edərək öz gələcəyini inamla qurur”, – deyə Şimali Koreya lideri bildirib.

Təbrikdə həmçinin KXDR ilə Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin vacibliyi vurğulanıb. 

 

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr