Bakı. Trend:
Böyük Britaniyada əmək bazarında qeyri-müəyyənlik fonundaşirkətlər yeni işçilərin işə qəbulunu ləngidir və ya boş yerləridoldurmur.
Trend-in BBC-yəistinadla verdiyi məlumata görə, bu barədə Böyük Britaniya MilliStatistika İdarəsinin (ONS) açıqladığı son göstəricilər sübutedir.
Mart-may ayları ərzində ölkə üzrə mövcud vakansiyaların sayı 63min azalaraq 736 minə enib. Bu isə əmək bazarında zəifləmənin davametdiyini göstərir.
ONS-un iqtisadi statistika direktoru Liz Makkion qeyd edib ki,işçi maaşları üzrə vergi hesabatlarında da azalma müşahidə olunub.Onun sözlərinə görə, bir çox şirkət ya yeni işçi qəbul etməkdənçəkinir, ya da işdən ayrılanların yerinə işçi götürmür.
Ekspertlər bildirirlər ki, apreldə işəgötürənlər üçün millisığorta haqlarının artırılması və minimum əməkhaqqınınyüksəldilməsi şirkətlərin işçi saxlama xərclərini artırıb. Bu isəbirbaşa olaraq vakansiyaların azalmasına səbəb olub.
Statistikaya əsasən, hazırda ölkədə işsizlik səviyyəsi 4,6 faiztəşkil edir ki, bu da son dörd ilin ən yüksək göstəricisidir.