AZ

Çexiyada koalisiya qalmaqala baxmayaraq seçkilərə qədər birliyini qoruyacaq

Bakı. Trend:

Çexiyanın hakim koalisiyasının aparıcı gücləri – “Birlikdə”alyansının əsas partiyası olan Demokratik Vətəndaş Partiyası vətərəfdaş “Rəhbərlər və Müstəqillər” (STAN) hərəkatı – hökumətçərçivəsində əməkdaşlığı payızda keçiriləcək parlamentseçkilərinədək davam etdirmək niyyətindədir.

Trend xəbər verirki, bu barədə qərar “kriptovalyuta qalmaqalı”nın müzakirəsindənsonra açıqlanıb. Qalmaqal ədliyyə nazirinin dəyişdirilməsi ilənəticələnib.

Demokratik Vətəndaş Partiyasının lideri və Baş nazir Petr FialaNazirlər Kabinetində hər hansı struktur dəyişikliyiplanlaşdırılmadığını bildirib. Onun sözlərinə görə, ədliyyə naziritərəfindən bitkoin şəklində bir milyard kron məbləğində vəsaitinqəbul olunması ilə bağlı bütün hallar dərindən araşdırılacaq.

STAN hərəkatının rəhbəri Vit Rakuşan isə qeyd edib ki, partiyasıhökumətin istefasına çalışmır və məqsədləri vəziyyəti konstruktivşəkildə nizamlamaqdır. “Bu dəfə ötən il Pirat Partiyası ilə başverənlərdən fərqli olaraq hökuməti tərk etmək niyyətində deyilik”,– deyə o vurğulayıb.

Baş nazir Fiala həmçinin bəyan edib ki, Ədliyyə Nazirliyininqanunsuz silah saxlamaq, oğurluq və narkotik vasitələrin dövriyyəsikimi cinayətlərdə ittiham olunan biznesmen Tomaş İrjikovskidənbitkoin şəklində vəsait qəbul etməsi ilə bağlı məsələ şəffafşəkildə araşdırılacaq. Hakim koalisiyanın əsas partiyaları buqalmaqalın hərtərəfli araşdırılmasına və ictimai etimadın bərpaolunmasına sadiq qaldıqlarını bildiriblər.

Seçilən
18
az.trend.az

1Mənbələr