AZ

Türkiyədə daha bir hoteldə yanğın oldu

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda hoteldə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Məlumata görə, yanğın hotelin türk hamamı hissəsində çıxıb.

Hadisə səbəbilə qonaqlar da təxliyə edilib.

Tüstüdən zərər çəkənlərə təcili tibbi yardım maşınında ilk tibbi yardım göstərilib, 2 nəfər isə xəstəxanaya çatdırılıb.

Yanğın zamanı obyektə ciddi ziyan dəydiyi bildirilir.


Seçilən
92
2
qafqazinfo.az

4Mənbələr